Təhsil Nazirliyi bu məsələdə gücsüzdür – şagird və tələbələri dərsdən yayındıran oyun klubları
Kompüter oyunlarına maraq gündən-günə artır. Əvvəllər bu fərdi şəkildə idisə, artıq bir neçə ildir ki, oyunlar üçün klublar fəaliyyət göstərir. Oyun klublarının xüsusilə məktəb və universitetlərin yaxınlığında fəaliyyət göstərməsi şagird və tələbələrin dərsdən yayınmasına səbəb olur. Artıq bir sıra dünya ölkələrində bu məsələ ilə bağlı bəzi məhdudiyyətlər qoyulub.
Məsələn, qardaş ölkə Türkiyədə ötən gün məsələ ilə bağlı qərar qəbul edilib. Qərarda internet kafe və oyun klublarının təhsil ocaqlarından bəlli məsafədə - uzaqda yerləşdirilməsi qeyd olunub.
Maraqlıdır, belə bir qərar Azərbaycanda qəbul edilə bilərmi?
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov TED.az-a bildirib ki, bu məsələ təhsil adamlarını bir müddətdir ki, narahat edir və onlar daim öz mövqelərini ortaya qoyurlar: “Müstəqillik qazandıqdan sonra internet kafe, oyun klubları və bu tip obyektlər məktəblərin ətrafında yaranmağa başladı. Bu cür klublar tək orta məktəblərin deyil, universitetlərin də ətrafında artmağa başladı. Narahatlıq doğuran məqam ondan ibarətdir ki, birmənalı olaraq hədəf məktəbli və tələbələr, yəni-yeni yetişən nəsildir. Çünki onlar bəzən yanlış qərarlar qəbul edir və əyləncəyə daha çox meyilli olurlar. Onların bu xüsusiyyətlərini bilənlər də hədəf olaraq gənc nəslin nümayəndələrini seçirlər. Bu tip klublar sadəcə qazanc məqsədi güdür. Əlbəttə ki, ictimaiyyət bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Belə oyun klubları şagirdlərin dərsdən yayınması və zərərli vərdişlərə yiyələnməsinə gətirib çıxarır”.
İlqar Orucov qeyd edib ki, Təhsil Nazirliyi bu məsələdə gücsüzdür: “Çünki həmin obyektlər vergi verdiklərini və haqlı olduqlarını diqqətə çatdırırlar. Mən düşünürəm ki, qanunvericilikdə bununla bağlı dəyişikliyin vaxtı çatıb. Azərbaycanda bu hal baş verməsə də, dəfələrlə xarici mətbuatdan öyrənmişik ki, hansısa məktəbli oyunlara həddindən artıq maraq göstərdiyinə görə sabahın cinayətkarı olub. Məktəb ətrafında bu cür klubların olması yolverilməzdir. Türkiyədə artıq bununla bağlı qanun qəbul edildi. Azərbaycanda da bu məsələ ilə bağlı dövlət qərar verməlidir. Bu cür hallar çoxdan həllini tapmalıydı, amma yenə də gec deyil. Düşünürəm ki, bu məsələdə dövlət öz mövqeyini irəli sürməlidir”.
Vəkillər kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, bununla bağlı Azərbaycanda heç bir normativ sənəd yoxdur: “Müasir dövrün tələblərinə uyğun olaraq əksər inkişaf etmiş ölkələrdə bu oyunlar qanuni şəkildə həyata keçirilir. Eyni zamanda Azərbaycan qanunvericiliyinə əsasən də idman və mərc oyunlarının həyata keçirilməsi mümkündür. Qeyd edilən məsələylə bağlı Azərbaycanda heç bir qadağanedici normativ sənəd, akt yoxdur. Mən bildiyim qədəri ilə qanunvericilkdə belə bir qadağa yoxdur ki, oyun klubları məktəb və universitetlərin yaxınlığında açıla bilər və ya bilməz. Lakin qeyd etməliyik ki, Bədən tərbiyəsi və İdmanla bağlı qanuna edilmiş dəyişikliyə əsasən, həmin oyunlardan əldə olunan gəlirlərdən 4.2 %-nin gənclərin maarifləndirilməsinə yönəlməsi ilə bağlı müddəa vardır. Ümid edirik ki, qeyd etdiyiniz məsələ ilə bağlı bu cür qadağaların yaxın gələcəkdə Azərbaycanda da tətbiqi mümkündür”.
Nuranə DAXİLQIZI
TED + bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









