AZ

İnstaqramda mühüm yenilik: Nə dəyişdi?

ccd0e11871624761b5d20f3e5bdd7cf3.jpg
08.02.2020 19:47

İnstaqram sosial şəbəkəsinə yeni funksiya əlavə edilib.

 

TED.az xəbər verir ki, İnstaqram platformasında bu gün “Following Categories” (İzləmə kateqoriyları) adlı yeni funksiya istifadəyə verilib.

 

İstifadəyə verilən yenilik hesabları iki kateqoriyaya bölür: fəal istifadəçilər və qeyri-fəal istifadəçilər. Yeni funksiya vasitəsilə ana səhifədə fəal olmayan insanlar avtomatik olaraq izləmədən çıxarılacaq. Beləliklə, platforma “rəqəmsal gigiyena” siyasətini irəli sürməyə çalışır.

 

"İnstaqram insanlara və maraqlandığınız məlumatlara yaxınlaşmağınıza kömək edir. Yalnız onu qeyd etmək istəyirik ki, zamanla maraqlarınız və münasibətləriniz inkişaf edə və dəyişə bilər. İndiki münasibətlərinizi və hobbilərinizi şəbəkədə daha yaxşı əks etdirmək üçün İnstaqram hesabların idarəçiliyini asanlaşdırmaq istəyirik”, – deyə sosial şəbəkənin məhsullar üzrə vitse-prezidenti Vişal Şah bildirib. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox