Rəqəmsal ödənişlər sahəsində Qafqazda ilk forum müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib.
TED.az xəbər verir ki, görüşdə Vüsal Qasımlı, VİSA şirkətinin nümayəndələri Salvador Perez Galindo, Kristina Doros, Yuliya Verbova, Nurlan Hacıyev iştirak edib.
HƏMÇİNİN OXU: İİTKM və Microsoft şirkəti təlim keçəcək – QEYDİYYAT BURADAN
Görüşdə çıxış edən Vüsal Qasımlı bildirib ki, Azərbaycanda rəqəmsal ödənişlər üzrə dövlət proqramı dünyada bu sahədə olan əsas trendlərə, o cümlədən kartdan buluda keçid, hər yerdə satış nöqtəsi, xəbərlə ödəmə, ledger üzərindən sərhədsiz tranzaksiyalar və API iqtisadiyyatına cavab verməyə hesablanıb: “Hazırda dünyada təhlükəsizliyə əsaslanan və müştəri-mərkəzli ödəmə sistemindən kartsız və ya rəqəmsal ekosistemə keçid baş verir. İstehlakçılar daha çox innovasiyalara hazır olmaqla, ödənişlərdə nəzarət və rahatlığı üstün tuturlar. Rəqəmsal ödənişlərin gələcəyi əşyaların internetinin inkişafı ilə sıx bağlıdır. Eyni zamanda getdikcə texnologiya şirkətləri banklar və finteklərlə yanaşı, rəqəmsal ödənişlərdə daha əhəmiyyətli rol oynayacaq və hətta onları sıxışdıracaq.”
Görüşdə, həmçinin bu il fevral ayının 12-də Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçiriləcək “Visa Cashless Forum” barədə müzakirələr aparılıb. Qeyd olunub ki, ölkədə və Qafqazda ilk dəfə keçiriləcək forumun mövzusu “Driving the Future” (Gələcəyə hərəkət) olacaq.
“Visa”nın MDB və Cənub-Şərqi Avropa regionunda başlıca tədbiri olan “Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, ticarət, xidmətləri kimi sahələrin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqi ilə bağlı məsələlərin müzakirə olunduğu platformadır. Forumun gündəmindəki başlıca mövzular müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağsdsız ödənişləri təşviq edən tənzimləmə olacaq.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Həftənin ən çox oxunanları
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






