AZ

Developer nə deməkdir? – e-Lüğət

6cc226afd53294fc9e1db8dc057bd0b3.jpg
11.02.2020 15:35

Texnologiyanın inkişafı ilə dilimizə daxil olan müasir sözləri TED.az-ın “e-Lüğət”i ilə öyrənməyə davam edin.

 

Beləliklə, developer kimdir?

 

Developer termini dilimizə ingilis dilindən keçib. Developer proqram təminatını və tətbiqləri yaradıb inkişaf etdirən insandır.

 

HƏMÇİNİN OXU: Dedlayn nədir? – e-LÜGƏT

 

Bu söz, həmçinin proqram tərtibçisi, proqramçı və ya proqram mühəndisi mənalarında işlədilir.

 

Developer kimi fəaliyyət göstərən insanlar müxtəlif proqramların kodunu yazıb müəyyən tətbiqi işə sala bilir. Həmin işlə məşğul olanlar ən azı bir proqramlaşdırma dilini yaxşı bilirlər, inkişaf etdirmə üzrə mütəxəssis sayılırlar.


Proqram təminatının növündən asılı olaraq, developer proqram tərtibçisi, tətbiqin inkişaf etdiricisi, mobil tətbiqetmənin tərtibçisi, veb inkişaf etdirici və s. kimi təsnif edilə bilər.

 

Əsas vəzifəsi kod yazmaqdan ibarət olsa da, o, proqram, dizayn və ya ümumi proqram arxitekturası, proqram sənədləri və digər əlaqəli proqram inkişaf prosesləri üçün tələbləri hazırlaya bilir.

 

Məsələyə qlobal tərəfdən yanaşsaq, developer yalnız texnoloji sahələrə deyil, iqtisadiyyatda da öz sözünü deyir. Bu termin daşınmaz əmlak dünyasında populyardır. “İqtisadiyyat developeri” hansısa şirkətin əsas siması sayılaraq, şirkətin inkişaf prosesi ilə məşğuldur.

 

 

 

Fatimə  ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox