Hava limanında “gözə görünməyən” sistem quraşdırılıb – VİDEO
Heydər Əliyev Beynəlxalq Aeroportunda gözə görünməyən məhdudiyyətləri olan sərnişinlər üçün imkanlar yaradılıb.
TED.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ilk dəfə olaraq gözə görünməyən və ya gizli məhdudiyyətləri olan sərnişinlərə xüsusi yardım təklif etməyə başlayıb.
Məlumat üçün bildirək ki, gözə görünməyən məhdudiyyətlərə demensiya, Altsheymer, autizm və s. daxildir. Bu cür əlilliyi olan insanlar zahiri heç bir sağlamlıq və yaxud hərəkət məhdudiyyəti göstərmir, lakin hava limanının işçiləri tərəfindən əlavə dəstək və diqqətə ehtiyac duyurlar.
Paytaxt hava limanı “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən verilmiş və yaxud müvafiq beynəlxalq vəsiqə olduğu təqdirdə gözə görünməyən məhdudiyyətləri olan sərnişinə prioritet qaydada xidmət göstərəcək.
Hava limanında bu cür sənəd təqdim edən sərnişinlərə gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı müvafiq lanyard veriləcək. Lanyard Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi, qeydiyyat, habelə sərhəd və gömrük xidmətləri əməkdaşlarına görünməz əlilliyi olan sərnişinləri müəyyənləşdirməyə kömək edəcək.
AZAL-ın icraçı direktorunun birinci müavini Cəmil Manizadə bildirib ki, təmsil etdiyi qurum tərəfindən autist spektrin pozulması olan uşaqlara dəstək davam etdiriləcək: “Hava səyahətləri autizm diaqnozlu uşaqlar və böyüklər, eləcə də onların ailələri və səyahət yoldaşları üçün xüsusi problemlər yarada bilər. Şadam ki, fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresinin təşkilatçısı “CEO” şirkətinin, Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinin dəstəyi ilə fərqli inkişaf xüsusiyyətlərinə malik olan sərnişinlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda əlçatan bir mühitin yaradılmasına töhfə verən ilklərdən olduq. "Azərbaycan Hava Yolları" QSC Mərkəzlə birgə layihələrə, autist spektrin pozulması olan uşaqlara xüsusi diqqət yetirərək, dəstək verməyə davam edəcək"
“Autizm spektr pozuntusu diaqnozlu uşaqlar dünyanı bir qədər fərqli qavrayır, ətraf mühit bəzən onlara qıcıqlandırıcı təsir göstərə bilər. Lakin onlar xeyirxah və mərhəmətlidirlər. AZAL və Heydər Əliyev Beynəlxalq Aeroportuna məhdudiyyətləri olan insanlara rahat və yüksək keyfiyyətli xidmət göstərdikləri üçün təşəkkürümüzü bildiririk”, – deyə “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova bildirib.
Uçuş öncəsi yoxlama, gömrük və sərhəd nəzarəti prosedurları haqqında əlavə məlumatı Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi saytından, həmçinin aşağıdakı videodan əldə edə bilərsiniz.
TED + bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
Oppo Reno 15 Pro Mini Gəlir!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


