AZ

Toyota Azərbaycandakı avtomobilləri də geri çağırır? – AÇIQLAMA

70aef0580061e69a6a8d5739b570f886.jpg
12.02.2020 09:50

Yaponiyanın məşhur firması Toyota dünya üzrə 3,4 milyon avtomobilinin geri çağrıldığını elan edib.

 

Şirkət qeyd edib ki, avtomobillərdə istifadə olunan hava yastıqlarında aşkar edilən elektron nasazlığa görə qəza halında açılmaya bilər.

 

TED.az Reuters-ə istinadən bildirir ki, geri çağrılan avtomobillərin 2,9 milyonu Amerikada yerləşir.  Bu siyahıya 2011-2019-cu illərə aid Corolla, 2011-2013-cü illərə aid Matrix, 2012-2018-ci illərə aid Avalon və 2013-2018-ci illərə aid Avalon hibrid nəqliyyat vasitələri daxildir.

 

Azərbaycanda da Toyota markasına böyük maraq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2018-ci ildə qeydiyyatda olan Toyota avtomobillərinin ümumi sayı 50 mini keçib.

 

HƏMÇİNİN OXU: Azərbaycana yeni hibrid avtomobillər gətirilir – Siyahı

 

Toyota Bakı Mərkəzi də bu markalı avtomobillər üçün xüsusi servis kampaniyasına başlayıb. Kampaniya Toyota avtomobillərinə şamil edilən peşəkar işlərin pulsuz həyata keçirilməsini ehtiva edir.

 

Maraqlıdır ki, Toyota-nın bu qərarı Azərbaycan bazarına necə təsir edir və geri çağrılma ərəfəsində hansısa nasazlıq ilə bağlı şirkətə Azərbaycandan müraciət daxil olubmu?

 

Toyota Bakı Mərkəzinin PR mütəxəssisi, avtomobil üzrə ekspert Eldəniz Cəfərov TED.az-a bildirib ki, geriçağrılma əsasən, ABŞ bazarına təqdim edilən Toyota-lara aid edilir.

 

Onun sözlərinə görə, Azərbaycanda bu göstərici olduqca azdır: “Hazırda Toyota geriçağrılma ilə bağlı siyasətini davam etdirir. Bu, elə bir layihədir ki, istənilən vaxt avtomobilinizin bu siyahıda olub-olmadığını yoxlaya bilərsiz. Toyota-nın öz rəsmi internet səhifəsində verilmiş birbaşa link üzərindən avtomobilinizin Şass nömrəsini (VİN kod) daxil etməklə, Toyota avtomobilinizdə xüsusi servis kapmaniyasının mövcudluğunu öyrənə bilərsiz. Əgər bu imkan avtomobiliniz üçün keçərli olarsa, Toyota-nın Azərbaycandakı rəsmi dilerləri ilə əlaqə saxlanılmalıdır”.

 

 

Məltəm TALIBZADƏ

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox