İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə reallaşdırılan layihə çərçivəsində bu il də bir sıra innovativ tədbirlər keçiriləcək.
TED.az xəbər verir ki, startap hərəkatının genişləndirilməsinə və gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə paytaxt Bakı və respublikanın ayrı-ayrı regionlarını əhatə edən genişmiqyaslı startap turları təşkil olunacaq.
HƏMÇİNİN OXU: İ2B – İdeyadan Biznesə layihəsinin 2019-cu il üzrə qalibləri ADNSU-nun tələbələri oldu
Turların keçiriləcəyi bölgələrdə 17 fevral tarixindən startapçılar üçün təlimlər başlayacaq. Startap turuna bu dəfə Quba şəhərindən start veriləcək. Təşkilatçılar cəbhə bölgəsində yaşayan gənclərin innovativ ideyalarını dəyərləndirmək məqsədilə bu il ilk dəfə olaraq Ağdama da səfər edəcəklər.
Ümumilikdə il ərzində Azərbaycanın 13 şəhər və rayonunda startap turları təşkil olunacaq.
Startap turları çərçivəsində iştirakçılara informativ sessiya, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək. Qalib startaplar Milli Finalda iştirak hüququ qazanacaqlar.
Milli Finalda isə təşkilatçılar və tərəfdaşlar ilk üç yerin sahibini müəyyən edəcək və mükafatlandıracaqlar. Həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Qeyd edək ki, “İ2B – İdeyadan Biznesə” startap hərəkatına “www.i2b.az” saytında qeydiyyatdan keçərək qoşulmaq mümkündür.
Startaplar bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















