AZ

Hackathon Şamaxı uğurla başa çatdı – Foto

fc1d447f17da1a6bb19c740e5d055bd5.jpg
12.02.2020 20:20

Şamaxı şəhərində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Hackathon” uğurla başa çatıb.

 

TED.az xəbər verir ki, tədbirin ilk günündə iştirakçılar “Startap nədir?”, “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış ediliblər.  

 

Növbəti gün iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışıblar.

 

Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 5 komandadan “İqor” komandası ən yüksək bal toplayaraq qalib olub.

 

Sonda qalib komandalar Şamaxı "ASAN xidmət"də yerləşən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar. 

 

Bununla yanaşı, qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə ediblər.

 

Qeyd edək ki, Şamaxı şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox