AZ

Nazir: Azərbaycanda  STEM festivalı keçiriləcək

6c421748bd29b605b09c5e4c5b5644e9.jpg
13.02.2020 15:25

“Bu il ilk dəfə olaraq Azərbaycanda STEM (Science, Technology, Engineering and Mathematics) festivalı keçiriləcək”.

 

TED.az xəbər verir ki, bunu “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində çıxış edərkən Təhsil naziri Ceyhun Bayramov deyib.

 

HƏMÇİNİN OXU: Məktəblərdə robotexnika tədris olunacaq – NAZİR

 

Ceyhun Bayramov bildirib ki, bu il region ərazilərdə iki STEM mərkəzi tikiləcək: “2020-2021-ci akademik tədris illərində isə regionlarda olan STEM mərkəzlərinin sayı 10-a çatdırılacaq. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən İnnovasiya mərkəzi də yaradılacaq”.

 

 

Zeynəb ƏKBƏR

Elm bölməsindən digər xəbərlər

Daha çox