AZ

Google-dan etiraz: 2,42 milyardlıq məhkəmə işi davam edir

b356db3a4342a320329d7d8d0d22dab0.jpg
13.02.2020 20:00

Axtarış sistemində öz alış-veriş xidmətlərinə avantaj qazandırdığı iddia edilən Google haqqında araşdırmaların nəticəsi kimi, Avropa Komissiyası şirkətə 2,42 milyard avro cərimə tətbiq edib. 

 

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Google qərardan şikayət verib. 

 

Avropa Birliyində fəaliyyət göstərən şirkətlərin qanun çərçivəsində rəqabət aparması üçün Avropa Komisiyası nəzarət həyata keçirir. Araşdırma nəticəsinə uyğun şəkildə qanunları pozan qurumlara cərimələr tətbiq edilir. 2017-ci ildə sözügedən cərimələrdən Google da nəsibini alıb. Türkiyədə də oxşar səbəbdən dolayı Rəqabət Qurumu ilə problem yaşayan şirkət Avropa Birliyi tərəfindən cərimələnib. 

 

Qərardan şikayət edən şirkət təmsilçiləri Avropa Ədalət Məhkəməsi nəzdində Ümumi Məhkəməyə üz tutublar. Məhkəmənin 3 gün sürəcəyi gözlənilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox