AZ

Koronavirus Türkiyənin yerli avtomobilini də “vurdu”

2f6f54245073e787ab60e5c73c669837.jpg
13.02.2020 21:00

Mobil Dünya Konqresi-2020-nin (MWC-2020) ləğv edilməsi Türkiyənin yerli avtomobili üçün nəzərdə tutulan qlobal başlanğıc planlarını suya düşürüb. 

 

TED.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Avtomobili Təşəbbüs Qrupunun (TOGG) imza atdığı yerli avtomobil layihəsi dünyanın ən böyük texnologiya sərgilərindən olan MWC-2020-də sərgilənəcəkdi. Ancaq MWC-2020-nin koronavirus təhlükəsindən dolayı ləğv edilməsi bu qlobal təqdimatın üstündən xətt çəkib. 

 

Hələlik TOGG-dan bu barədə hansısa rəsmi açıqlama verilməyib. Ancaq Türkiyənin yerli avtomobil modelinin mütləq başqa bir sərgidə qlobal bazar üçün canlı olaraq təqdimi nəzərdə tutulur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox