Windows 10 sizi bezdirir? Windows 12 Lite ilə tanış olun
Windows 10-un etibarı Microsoft-un son zamanlarda yayımladığı problemli yenilənmələrlə zədələnib. "Windows 12 Lite" məhz bu problemləri həll etmək üçün ideal variant ola bilər.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Linux Lite 4.8 LTS-nin modifikasiya edilmiş versiyası olan Windows 12 Lite Windows 10-a bənzəyir. Reddit-dəki bir istifadəçi Windows 12 Lite-ın yerli kompüter mağazasında satıldığını gördüyünü iddia edib. Windows 12 Lite-ı yeniləmə imkanınız yoxdur. Beləcə, yeniləmədən dolayı çətinlik yaşama ehtimalı da aradan qalxmış olur.
Proqram haqqında adi A4 vərəqində çap edilmiş bələdçidə belə deyilir: "Hər işləmək istədiyinizdə yenilənmə lazım gəlmir. Yenilənmələr uğursuz olur, ona görə də yenilənmə apara bilməzsiniz".

Yazılanların Windows 10-un son zamanlardakı yenilənmə problemlərinə işarə olduğu aydındır. Vərəqdə o da qeyd olunub ki, Windows 12 Lite-da sözügedən problemlər yoxdur. Bundan başqa, əməliyyat sistemi Windows 10-dan üç dəfədən artıq sürətli işləyir və təxminən 15 saniyədə açılır.
Heç də keyfiyyətli görünməyən bələdçidə web-sayt da yer alıb. Saytda Linux Lite 4.8 LTS-ni Windows 10-a bənzətməyə çalışdıqlarını etiraf ediblər.
Windows 12 Lite, əlbəttə, Windows 10-un yerinə keçə bilməyəcək, ancaq Linux-ın Windows kimi işləyə biləcəyini göstərmək üçün maraqlı misal ola bilər.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















