Yerli istehsalçılar yüksəkkeyfiyyətli məhsul təqdim edərsə, daxili bazarda brend yaradılmasına nail olarıq – AÇIQLAMA
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) rezidentlərinin dayanıqlığını təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir".
TED.az xəbər verir ki, bunu YT Parkın baş direktoru Elton Məmmədov deyib.
O, parkın fəaliyyətində mövcud olan bir sıra texnoloji və hüququ problemləri diqqətə çatdırıb, bu çatışmazlıqların aradan qaldırılmasının qarşıda duran əsas hədəflərdən olduğunu söyləyib.
“YT Park ərazisində fəaliyyət göstərən hər bir rezident üçün lazımi şəraitin yaradılması və onlara dəstək göstərilməsi üçün əlimizdən gələni etməyə hazırıq”, – deyə, bildirən baş direktor elmtutumlu layihələrin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması məqsədilə istehsalçılar və sahibkarların birgə fəaliyyətinin zəruriliyini qeyd edib.
E.Məmmədov AMEA-nın müəssisə və təşkilatları, eləcə də ölkədə fəaliyyət göstərən ali məktəblərin laboratoriyalarında aparılan elmi tədqiqatların kommersiyalaşdırılmasının vacibliyini vurğulayıb, istehsalata yönələn hər bir texnologiyanın ümumilikdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edəcəyini bildirib.
Müvafiq icra hakimiyyəti orqanları və xarici investorlar ilə səmərəli əməkdaşlığın təşkilindən söz açan YT Parkın baş direktoru bu əlaqələrin artıq müsbət nəticələr verdiyini, qarşılıqlı müzakirələr aparılaraq bir sıra mühüm qərarların qəbul olunduğunu diqqətə çatdırıb: "Yerli istehsalçılar tərəfindən yüksəkkeyfiyyətli məhsullar təqdim olunarsa, daxili bazarda Azərbaycan brendinin yaradılmasına nail olarıq. Bu da, ümumilikdə ölkənin həm idxal, həm də ixrac potensialının yüksəlməsinə təkan verər".
Cavid QƏDİR
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












