AZ

Mobil telefonları gizlədərək keçirməyə cəhd edən sürücü saxlanıldı

8f2fdd6e3a0c44cb9b62fe7c4a58b887.png
14.02.2020 14:24

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21013" markalı minik nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

 

Bu barədə TED.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

Qeyd edilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də vətəndaşın üzərində 10 ədəd Samsung Galaxy A10 S markalı mobil telefon aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox