Bu universitetdə robototexnika ixtisası ilə bağlı dərs vəsaitləri hazırlanır – AÇIQLAMA
“Azərbaycan Texniki Universitetində (AzTU) 1982-ci ildə “Mexanika” fakültəsinin bazasında “Maşınqayırma” fakültəsi yaradılıb. Lakin 2019-cu ilin oktyabrından fakültə “Maşınqayırma və robototexnika” adlandırılıb. Robototexnika texnologiya ilə bağlı bir sahə olaraq, robotoları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Bu sahə Azərbaycanda yeni bir istiqamətdir”.
Bu sözləri TED.az-a açıqlamasında AzTU-nun “Maşınqayırma və robototexnika” fakültəsinin dekanı Ərəstun Məmmədov deyib.
Maraqlıdır, robototexnika ixtisası üzrə yetərli dərs vəsaitləri varmı?
Fakültənin dekanı bildirib ki, robototexnika ilə bağlı dərs vəsaitləri hazırlanır: “Bizdə 2019-cu ildən “Mexatronika və robototexnika” ixtisası açıldı. Onun tədris planlarını biz hissə-hissə hazırlayırıq. Təbii ki, onların hamısı hələ tam hazır deyil. Bu ixtisasın tələbələri hələ cəmi 6 ay dərs keçiblər. Təbii ki, birinci semestrdə ümumi dərslər keçirildiyi üçün hələ ixtisas fənləri tədris olunmayıb. Kafedra olaraq tədris planı və dərs vəsaitlərini hazırlayırıq”.
Ərəstun Məmmədov qeyd edib ki, tələbələrin bununla bağlı heç bir problemi yoxdur: “Çünki hamısının əlində keçdikləri fənləri üzrə dərs vəsaitləri var. İxtisas fənlərinin tədrisi daha çox ikinci kursdan, əsasən də ikinci kursun ikinci semestrindən başlanır. Bu da 2021-ci ilin fevral ayına çəkir. O vaxta qədər də bizim bütün plan və vəsaitlərimiz tamamlanacaq. Kafedralar hamısı çox intensiv işləyirlər”.
Nuranə DAXİLQIZI
Elm bölməsindən digər xəbərlər
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


