Ötən il 2400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib – Nazirdən AÇIQLAMA
"2019-cu ildə Hüquqi Aktların Dövlət Reyestrinin saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az) ümumilikdə 4800-dən çox sənəd daxil edilib. Həmin elektron resurslara başçəkmələrin sayı il ərzində 50%-dən çox artaraq 2 milyona çatıb".
TED.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında ədliyyə naziri Fikrət Məmmədov deyib.
Onun sözlərinə görə, ədliyyə fəaliyyəti barədə insanların geniş məlumatlandırılması, şəffaflığın artırılması məqsədilə nazirlik tərəfindən aparılan 11 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 31 elektron xidmətdən istifadənin sayı 3 milyonu ötüb: "Elektron hökumət" portalında ən çox istifadə olunan 10 elektron xidmətdən 2-si nazirliyin "Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması" və "Fərdi identifikasiya nömrəsi barədə məlumatın əldə edilməsi" ilə bağlı e-xidmətləridir".
Nazir əlavə edib ki, 18 minə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2019-cu ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 45%-ni təşkil edib: "İnnovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması məqsədilə ədliyyə sahəsində məsafədən xidmət göstərən elektron ədliyyə köşkünün, "Mobil notariat"ın funksionallığı artırılıb, o cümlədən nəqliyyat vasitələrinə dair etibarnamələrin fasiləsiz rejimdə elektron rəsmiləşdirilməsi xidməti istifadəyə verilib".
"Azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 2400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib. "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılması, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə və digər əməli tədbirlər həyata keçirilib", – deyə F.Məmmədov qeyd edib.
Cavid QƏDİR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












