AZ

Smartfon istehsalı azalacaq

51813f3531babdd30a24120db15fc4af.jpg
15.02.2020 12:56

TrendForce tərəfindən yeni bir araşdırma yayımlanıb və smartfon istehsalına dair əhəmiyyətli açıqlamalar verilib.

 

TED.az xəbər verir ki, tədqiqat şirkətindən qlobal smartfon istehsalının 2020-ci ilin ilk rübündə dəyişəcəyi bildirilib.

 

Bu dəyişikliyə əsas səbəb olaraq mindən çox insanın ölümünə səbəb olan koronavirus göstərilir.

 

Smartfon istehsalının 12% azalaraq 275 milyon ədədə enəcəyi proqnozlaşdırılır.

 

Qeyd edək ki, Apple, Samsung və Huawei kimi markalar əsasən Çində istehsal olunur. Bu ölkədə ölümcül epidemiya bir çox fabrikləri durğun vəziyyətə gətirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox