AZ

Polis 54 yaşlı kişini İnstaqramdakı videolarına görə saxladı - FOTO

incident
17.02.2020 12:46

Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

 

TED.az xəbər verir ki, sosial şəbəkələrdə narkotik vasitələrini təbliğ edən şəxsi Mehdiabad Polisi ələ keçirib.

 

Belə ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 54 yaşlı Məmmədli kənd sakini Abidin Məhərrəmov saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin "Facebook" və "İnstagram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini də həyata keçirib.

 

A.Məhərrəmov "İnstagram"da narkotik vasitənin təbliğini özündə açıq-aşkar əks etdirən video görüntü də paylaşıb. Mehdiabad Polis bölməsinin əməkdaşları dərhal A.Məhərrəmovun yerini müəyyən edərək onu saxlayıblar.

 

Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən, çəkisi təqribən 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

 

54 yaşlı kişi bu kimi faktlarla Polis bölməsinə gətirilərək istintaqa təhvil verilib. Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox