AZ

Günün fotoşəkili: NASA Yerdəki ən yüksək buludları nümayiş etdirdi

5e676668312b5e8bb64de81fa0955305.jpg
18.02.2020 11:55

Onlar hər zaman görünmür.

 

Beynəlxalq Kosmik Stansiyada olan kosmonavtlar Yer sakinləri üçün nadir mənzərə - gümüş buludların şəklini çəkiblər. TED.az xəbər verir ki, müvafiq görüntü NASA İnstaqramında yayımlanıb

 

Gümüşü buludlar, bəzən yay aylarında böyük yüksəkliklərdə Yerdən görünür. Yer atmosferindəki ən yüksək buludlar (~ 82 km) 433 km hündürlükdən, günəş üfüqdən boylandıqda çəkilib. Onları fotonun yuxarı hisəsində zəif dalğalar şəklində görmək mümkündür.

 

Gümüşü buludlar elm adamları üçün yetərincə yeni hadisədir. İndi onlar yuxarı atmosferdəki hava kütlələrinin hərəkəti haqqında əsas məlumat mənbələrindən biri hesab olunurlar. Lakin gümüşü buludlar haqda çox məlumat yoxdur. Onlar, əsasən, buzdan ibarətdir və səmada saniyədə 27,8 metr sürətlə hərəkət edirlər.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox