Rəqəmsal mühitin müəllif hüquqlarına təsiri – Bizə aid olanı yetərincə qoruya bilirikmi?
Texnologiyanın inkişafı virtual mühitdə intellektual mülkiyyət və müəllif hüquqlarının qorunmasını olduqca aktuallaşdırıb. İntellektual mülkiyyət bazarındakı proseslərin tənzimlənməsi bu sahə ilə bağlı ayrı-ayrı dövlətlərdə qanunların sayını da çoxaldır. Eyni zamanda ölkələrin beynəlxalq müvaqilələrə qoşulması həmin qanunverici sənədlərin prinsiplərinə əməl olunmasını olduqca vacib edir.
Bəs bu hüquqlar Azərbaycan qanunlarında necə tənzimlənir?
Bununla bağlı TED.az-a danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov bildirib ki, intellektual yaradıcılıq məhsullarının cəmiyyətə internet resurslarından istifadə edilməklə yayılması zamanı məsuliyyətsizlik və səhlənkarlıqdan, eyni zamanda hüquqi biliklərin zəif olması səbəbindən kobud pozuntulara yol verilir: “Bədii əsər və ya bir incəsənət nümunəsi yaradan şəxs ona məxsus hüquqları bir çox hallarda qeydiyyatdan keçirmir, nəticədə də hüquqları pozulduğu zaman effektiv müdafiə mexanizmlərini işə sala bilmir. Tövsiyə edirəm ki, hər bir halda beyin məhsulunuzu yaratmaqla yanaşı, onun qorunması məqsədilə müəlliflik hüququnuzu müvafiq qurumda tanıtmalı, yaratdığınız yeni elmi kəşflərə patent almaqla birinci qeydiyyatdan keçməlisiniz. Daha sonra həmin məlumatları internet vasitəsilə ictimaiyyətə açıqlayıb, sərbəst şəkildə bəyan edə bilərsiniz. Belə olan halda hansısa şəxs tərəfindən hüququnuz pozularsa, həm mülki, həm inzibati, həm də cinayət hüquqi məsuliyyət tədbirləri ilə pozulmuş hüquqlarınızı bərpa etdirə biləcəksiniz”.
Roman Qaraşov qeyd edib ki, İnzibati xətalar məcəlləsinin 185-ci maddəsinə əsasən Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması inzibati məsuliyyət yaradır: “Bu cür pozuntulara yol verən şəxslər cərimə oluna bilərlər. Cinayət məcəlləsinin 165-ci maddəsinə əsasən Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması cinayət məsuliyyəti yaradır. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulubsa – min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır”.
“Eyni əməllər təkrar törədildikdə və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, –deyə vəkil R.Qaraşov əlavə edib.
Zeynəb ƏKBƏR
TED + bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Biznesdə Süni İntellekt Dövrü
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
iPhone 18 üçün pis xəbər
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
