Azərbaycan ilə Gürcüstan arasında daha bir sənəd imzalanıb
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası 17-18 fevral tarixlərində Bakı şəhərində keçirilib.
TED.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstan nümayəndə heyətinə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
Həbib Həsənov paytaxtda və respublikanın digər ərazilərində qeyri-qanuni sərnişin daşınmasını həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin qarşısının alınması məsələsinə diqqət çəkərək, bu prolemin birgə tədbirlər nəticəsində daha tez həll olunacağı və bu sahədə Gürcüstanın aidiyyəti qurumlarının da məsələyə müdaxiləsinin ümumi işin xeyrinə təsir edəcəyini vurğulayıb.
Eyni zamanda yerli yük daşıyıcılarının həcminin Gürcüstan tərəfin daşıyıcıları ilə müqayisədə artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının 2020-ci il üçün bərabər sayda artırılması ilə bağlı təklif müzakirə edilib.
Mixeil Xmaladze 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycan Respublikasına Gürcüstandan boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında hər iki ölkənin Gömrük orqanları tərəfindən eyni şəraitin yaradılması məsələsinin geniş müzakirə edilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb.
Daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, nəticədə müvafiq Protokol imzalanıb.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












