AZ

Kompüter məhsullarının istehsalı 2,2 dəfə azalıb – AÇIQLAMA

 

6e706fcd2b0357c043170d7cad20d3a5.png
18.02.2020 16:34

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye  məhsulu istehsal edilib. Bu rəqəm ötən ilə nisbətən 2,1% çoxdur.

 

TED.az xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Məlumata görə, emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə azalıb.

 

Avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,7%, elektrik avadanlıqlarının istehsalı 33,3% azalıb.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox