II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başladı
Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin 02-06 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.
TED.az xəbər verir ki, II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 04 mart tarixində “Hackathon” müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin keçirilməsində məqsəd kibertəhlükəsizlik üzrə bacarıqların inkişaf etdirilməsi, sahə üzrə potensial kadrların aşkar edilməsi, gənclər arasında müvafiq sahəyə marağın artırılması və maarifləndirmənin genişləndirilməsindən ibarətdir.
Qeydiyyat 3-5 iştirakçı olmaqla komandalar şəklində həyata keçirilir. Kibertəhlükəsizlik, *nix, proqramlaşdırma (scripting) üzrə baza biliklərinə malik ali və orta ixtisas təhsili məktəblərinin tələbələri müsabiqədə iştirak üçün müraciət edə bilərlər. İştirakçılar parametrləri tapşırığı yerinə yetirməyə müvafiq olan kompüterlərini özləri ilə gətirməlidirlər.
“Hackathon” 12 saat ərzində davam edəcək. İştirakçıların kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə onlara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq. I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
Müsabiqədə iştirak etmək istəyən komandalar aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat 29 fevral 2020-ci il saat 23:59-dək davam edəcək.
Müsabiqə 4 mart 2020-ci il tarixində Bakı Ali Neft Məktəbinin kampusunda (Səbail rayonu, Yeni Salyan yolu 3-cü km. "25", Bakı, Azərbaycan) keçiriləcək.
Müsabiqəyə qatılmaq üçün bu LİNK vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Müsabiqənin gündəliyi ilə www.cyberweek.az saytından tanış ola bilərsiniz. Qeydiyyat ilə əlaqədar hər hansı çətinlik yaranarsa, aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz:
Əlaqə: 1654
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















