AZ

Bakıda Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

4b6dc0ca62981e48465fbcaffb2e8759.jpg
18.02.2020 18:05

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin Newcastle Universiteti ilə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir.

 

TED.az xəbər verir ki, layihənin əsas məqsədi sahibkarlığın tədrisinin gücləndirilməsi, gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir.

 

“Təlimçiyə Təlim” adı altında “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda seminar iki gün davam edib. Böyük Britaniyanın Nyukasl Universitetinin Biznes Məktəbinin təlimçiləri Andrea Lane və Victoria Braunun apardığı təlimdə iştirakçı müəllimlərə innovativ təlim üsulları və alətləri təqdim olunub.

 

Qeyd edək ki, təlimlər pilot layihə çərçivəsində seçilən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) iqtisadiyyatın müxtəlif sahələri, biznesin tədrisi istiqamətində fəaliyyət göstərən və startaplarla çalışan müəllimlərlə davam etdirilir.

 

Təlimlərin növbəti mərhələsi universitetlərdə tələbələr və startaplar üçün keçiriləcək. Layihə çərçivəsində “Big İdea Challenge” adlı beynəlxalq startap və ideya yarışması bu il də davam etdiriləcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox