AZ

Netflix-də yayımlanacaq yeni türk serialının bəzi detalları açıqlandı 

 

d082a7c84a3443436bfc2e807dcfa3cd.jpg
18.02.2020 21:48

Netflix-də yayımlanacaq yeni türk serialı ilə bağlı bəzi detallar üzə çıxıb. 


TED.az türk mətbuatına istinadən xəbər verir ki, "Hakan Muhafız" və "Atiye" seriallarından sonra məşhur platformanın yeni Türkiyə istehsallı işi "50m2" adlı serial olacaq. 


Serialın rejissor kürsüsündə iki nəfər yer alıb. BKM-nin məhsulu olacaq serialın rejissorları Burak Aksak və Selçuk Aydemir olacaq. B.Aksakın, eyni zamanda ssenari müəllifi olacağı qeyd edilir. 


Aybüke Pusat və Engin Öztürkün də rol aldığı ekran işinin süjet xətti dəqiqləşib. 


Artıq baş qəhrəmanlarının yer aldığı şəkil Netflix-ə yerləşdirilən serialın təqdimat tarixi hələlik bəlli deyil. Ancaq bu il ərzində tamaşaçıların görüşünə gələcəyi gözlənilir. 


Serial xətti bir muzdlu qatilin mafiya rəhbərinə xəyanətindən sonra 50m2-lik dərzi atelyesində gizlənməsilə başlayır. Ekran işinin adını haradan aldığını da bu detal vasitəsilə öyrənirik. Atelye sahibi vəfat etdiyindən qatili görənlər onu dərzinin oğlu hesab edirlər. Qatil də bundan istifadə etmək qərarına gəlir. 


Yayımlanan detallarda serialın janrının dram olduğu qeyd edlir. Amma süjet xəttindən görünür ki, ekran işi həm də macəra janrına yaxınlığı ilə diqqət çəkəcək. 


"50m2" ilkin mərhələdə 8 seriya nəzərdə tutulub.

TED + bölməsindən digər xəbərlər

Daha çox