Dünyanın ən güclü 5 elektropikapı – SİYAHI
Son illərdə pikap həvəskarları daha çox elektriklə işləyən modellərə üstünlük verirlər. İstər ətraf mühitə təsiri, istər xərcinin azlığı, istərsə də sürət baxımından sələflərini üstələyən bu modellər sözsüz ki, yaxın bir neçə ildə avtomobil bazarını tam ələ alacaqlar.
TED.az dünyanın ən yaxşı 5 elektropikapını təqdim edir.

1. Tesla Cybertruck
Siyahıya ən populyar pikapla başlayaq. Avtomobilin bir, iki və üç mühərrikli olmaqla üç fərqli versiyası var. Ən güclü versiyası 100 km/s sürətə cəmi 2,9 saniyədə çatır. Cybertruck istifadəçiləri bu modelləri seçməklə birdəfəyə 400, 480 və 800 kilometr mənzil qət edə biləcəklər. Sonra isə yenidən batareya doldurulmalıdır.

2. Atlis XT
2019-cu ilin yanvarında təqdim edilən Atlis XT texniki xüsusiyyətlərinə görə siyahıdakı ən iddialı modellərdəndir. Avtomobil birdəfəyə 800 kilometr yol gedə bilir. Təxminən 12 ton dartma qabiliyyəti var. Atlis XT nə qədər nəhəng görünsə də gücünü cəmi bir mühərrikdən alır. Saatda 100 kilometr sürətə 5 saniyə ərzində çatır. Sürət həddi isə 200 km/s-dır.

3. Lordstown Endurance
General Motors şirkətinin də dəstəklədiyi Lordstown-un bu sahədə ən yaxşı təmsilçisi Endurance pikapıdır. Brrdəfəyə 320 kilometr yol qət edə bilən elektropikapın ümumilikdə 600 at gücünə sahib 4 mühərriki var.

4. Bollinger B1
Dizayn baxımından sələflərini andıran B1 pikapı avtomobil həvəskarlarını iki elektromühərrik və 614 at gücü ilə sevindirir. 100 k/s sürəti cəmi 4,5 saniyəyə yığan modelin maksimum sürət həddi 160 km/s-dır.

5. Nikola Badger
Siyahının ən yeni və sonuncu modeli Badger təxminən 1 həftə təqdim edilib. Hidrogenlə çalışan elektropikap kimi dəyərləndirə biləcəyimiz Badger qısa müddətdə bütün dünyaya səs salmağı bacarıb. 906 at gücünə malik mühərriki ilə istənilən şəxsi təəccübləndirə biləəck model 100 km/s sürəti cəmi-cümlətanı 2,9 saniyəyə yığır. Batareyası və hidrogen çəni tam dolu halda olduğu təqdirdə birdəfəlik mənzili 965 kilometr təşkil edir.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
OnePlus 15R Tezliklə Gələcək: Xüsusiyyətləri
Volkswagen Almaniyada Tesla Rəqibini Sınaqdan Keçirir!
Süni intellekt Modeli Kosmosa Gedir!
Xiaomi Yaddaş Böhranı Səbəbindən Qiymətləri Artırır!
10-cu lüks avtomobil uduldu – növbəti qalib sən ol!
iOS 26.4 Sızdırıldı: Apple-ın Gələcək Planları Açıqlandı
Teslanın Əlverişli Modelləri Enişin Qarşısını Almır!
Elon Musk Samsung şirkətinin zavodunda ofis açır!
Vivo 200MP X300 Ultra və Fəaliyyət Kamerasını Təqdim Edir!
Nothing Phone (4a) Seriyası Gəlir
HONOR MagicOS 10 iPhone Bildirişlərini Gəlir!
Hyundai Elexio, Böyük Ekranı və Uzaq Mənzilli Fərqli Bazarlara!
Honor Win Daxili Soyutma Ventilyatoru ilə Sızdırıldı!
ADPU-da “Youth Spark” proqramının ilk görüşü uğurla baş tutdu!
Google-a "67" yazanda ekran niyə titrəyir?
iOS 26.2 maraqlı bir problemlə gündəmə gəlir
X pul itirir! Elon Musk nə edəcək?
Volkswagen avtonom taksi hazırlayır
Google Disney Kontentini Silir!
Google Tərcümə Yeni Xüsusiyyətlər Təqdim Edir
Animasiya Filmi Kassa Rekordunu Qırır
Sevil Art brendi 5 illik fəaliyyətini xüsusi tədbirlə qeyd edib
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Həftənin ən çox oxunanları
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
microSD kartları geri dönüş edirmi?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



