Mark Zükerberqin Münhendəki çıxışından sonra Feysbuk istifadəçiləri üçün nə dəyişəcək?
Həftə Münhendə keçirilən təhlükəsizlik konfransına dair maraqlı müzakirələrlə başladı. Sözügedən tədbirə 35 ölkənin rəhbər nümayəndələri, müdafiə və xarici işlər nazirləri qatılmışdı.
TED.az xəbər verir ki, konfransda çıxış edən spikerlərdən biri də Feysbuk sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq idi.
Münhen konfransının sədri Wolfgang Ischinger Zükerberqi auditoriyaya təqdim edərkən, olduqca maraqlı ifadə işlədib: “Əgər Feysbuk dövlət olsaydı, Zükerberq dünyanın ən nəhəng ölkəsinin prezidenti olardı. Çünki Feysbuk istifadəçilərinin sayı ən böyük dövlətin əhalisindən belə çoxdur”.
Mark Zükerberq Wolfgang Ischingerin fikrinə razılıq olaraq, başını tərpədib və son illərdə Feysbukun internetdə 200 seçki kampaniyasında iştirak etdiyini bildirib: “Sosial şəbəkələrin öz süni intellekti var. Bu intellekt feyk hesabları tanıyır. Son zamanlarda sözügedən süni intellekt Rusiya, Ukrayna və İrana məxsus 50 hesabı silib”.
35 min əməkdaş saxta hesab axtarır
“Feysbukda formalaşmış komanda hər gün sosial şəbəkədə onlayn-kontentin monitorinqini aparır. Komanda da 35 min şirkət əməkdaş çalışır. Bu il ərzində sözügedən şöbəyə ayıracağımız vəsait sosial şəbəkənin birja kapitalından daha çox olacaq”.
Feysbukda 20 əsas təhlükəli mövzu...
Feysbukda 20 əsas təhlükəli mövzu var deyən Zükerberq bunların hər zaman diqqətdə saxlanıldığını qeyd edib: “Bu siyahıya seçki, terror, pedofillik, pornoqrafiya, kiberbulling və s. daxildir. İldə 2 dəfə komanda bu paylaşımların və feyk profillərin hesabatın verir. Təhlükəli mövzulardan biri isə “heispichi”dir. Bu istifadəçilər ictimai şəkildə insanlara və ya şirkət brendlərinə nifrətini bildirirlər. Sosial şəbəkə əməkdaşları bununla aktiv şəkildə mübarizə aparır. Belə bir halla qarşılaşdıqda istifadəçi diskussiyaları bloklanır”.
İndi 2016-cı il deyil
Zükerberq çıxışında Feysbukun 2016-cı ildəki iş metodunu da bir neçə dəfə xatırladıb: “İndi 2016-cı il deyil və biz istənilən müdaxiləni dərhal silirik. Hesab edirəm ki, dörd istiqamətdə, yəni seçki, kontent, fərdi məlumatlar və informasiyaya görə məsuliyyət sferasında nəzarət mütəmadi qaydada aparılmalıdır. Çünki bu sahələrdə qəbul edilən qərarlar sosial şəbəkələrin balansına təsir edir”.
Biz mətbuat deyilik ...
“Məsuliyyətdən söz düşmüşkən əgər jurnalist qəzet üçün material yazırsa, həm müəllif həm də media məsuliyyət daşıyır. Sosial şəbəkədə belə deyil. Şəbəkə istifadəçilərini məsuliyyətə cəlb etmək çətindir”.
Zükerber hesab edir ki, sosial şəbəkələri media ilə müqayisə etmək düzgün deyil: “Çünki Feysbukun kontenti daha böyükdür. Şəbəkə əməkdaşları isə kontenti yoxlayıb redaktor vəzifəsini icra edə bilməz. Zərərli kontentlə münasibəti tənzimləmək lazımdır. Sual yaranır ki, burada hansı tənzimlənmə aparılmalıdır. Bunun üçün iki variant var. Bu qəzet və ənənəvi mediadır”.
İstifadəçiləri nə gözləyir?
Mark Zükerberqin bu çıxışı daha çox siyasətçilər üçün hədəflənmişdir. Əgər diqqət yetirsək, onun siyasətçilərə verdiyi siqnalı aydın sezmək olar. Bu siqnalla Zükerberq indi 2020-ci il olduğunu və 2016-cı ildə baş verənlərin təkrarlanmayacağını vurğulayıb: “Süni intellekt Feysbuk əməkdaşlarının xoşuna gəlməyən siyasi reklamları dərhal siləcək. Bunun üçün bir neçə saniyə vaxt lazım olacaq”.
Zeynəb ƏKBƏR
Dünya bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
HUAWEI WATCH Ultimate 2 Yaşıl Versiyası Artıq Türkiyədə Satılır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
