ETSN nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və nazirliyin nümayəndələri “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olublar.
Bu barədə TED.az-a ASC-dən məlumat verilib.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qonaqlara Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verib. O bildirib ki, ən müasir ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Zavodda əldə edilən enerji ilə il ərzində, təqribən, 100 min mənzili elektrik enerjisi ilə təmin etmək mümkündür. Tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri “yaşıl iqtisadiyyat”ın inkişafı məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. Məlumat verilib ki, 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkında 19 rezident qeydiyyata alınıb. Onlardan 9-u artıq fəaliyyət göstərir. Hazırda bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin həyata keçirilməsi hesabına işçilərin sayının 710-a çatdırılması nəzərdə tutulur.
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda qonaqlara məlumat verilib ki, Almaniya texnologiyası ilə inşa edilən zavod ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Zavodda 170-dən artıq sakin daimi işlə təmin olunub.
Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda qonaqların diqqətinə çatdırılıb ki, poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə təmizlənərək texniki suya çevrilir və ərazidə əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 12 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilməklə poliqonun ehtiyacları üçün istifadə olunur.
ETSN-in nümayəndələrinə Böyükşor Bulvarı və Böyükşor gölündə görülən işlər barədə də məlumat verilib. Qeyd edilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq sakinlərin istifadəsinə verilib.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Tesla böyük bir şokla üzləşə bilər!
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Microsoft əl konsollarının performansını artırır!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Yeni Nissan Leaf istehsala başlayır!
Şok DDR5 RAM fırıldağı!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
Google Gemini 3 Flash təqdim edildi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

