AZ

Ericsson şirkəti 5G üçün yeni həllər təqdim edir

8de4a18718e7230b7546a6743f54ac96.jpg
19.02.2020 11:31

“Ericsson şirkətinin təqdim etdiyi Süni intellekt əsaslı yeni şəbəkə xidmətləri özündə bir sıra yenilikləri əks etdirir. Yeni xidmətlər istifadəçilərə təcrübələrini yaxşılaşdırmağa kömək edir. Eyni zamanda şəbəkə infrastrukturunu sadələşdirir, operator xərclərini azaldır və yeni xidmətlərin istifadəsini sürətləndirib, avtomatlaşdırır”.

 

Bu haqda TED.az-a Ericsson şirkətinin kommunikasiya üzrə mütəxəssisi Yulia Brol məlumat verib.

 

O bildirib ki, bütün yeni məhsullar 5G şəbəkə platformasını genişləndirəcək: “Yeni həll olan iki rejimli 5G şəbəkəsi “Ericsson Expert Analytics”ə inteqrasiya olunub. Xidmət, həmçinin “Ericsson Expert Analytics” həlli, “Ericsson Cloud Native İnfrastructur” və “Ericsson Rabitə Sürətləndiricisi”yə daxil edilərək rabitə xidmətlərinin mübadiləsini sürətləndirir. Şirkətin hesabatına görə, istifadəçilər e-SIM xidmətlərinə böyük maraq göstərir: “ConsumerLab çərçivəsində respondentlərin 94%-i bir neçə cihazı öz tarif planına qoşma imkanı üçün əlavə pul ödəməyə hazır olduğunu bildirib”.

 

Qeyd edək ki, Azercell mobil operator şirkəti Ericson şirkəti ilə Azərbaycanda 5G-nin əhatə dairəsini genişləndirmək üçün əməkdaşlığını davam etdirir. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox