AZ

TikTok valideynlərə nəzarət imkanı verəcək

1fcd172354207283a861cc7003d9dc25.jpg
20.02.2020 10:35

TikTok valideynlərə yeni funksiyası olan "ailə təhlükəsizliyi rejimi" ilə uşaqların telefondakı TikTok tətbiqinə nəzarət etmək imkanı verəcəyini açıqlayıb.

 

HƏMÇİNİN OXU: Nazirlikdən TikTok istifadəçilərinə xəbərdarlıq – TƏHLÜKƏ VAR

 

TED.az xəbər verir ki, TikTok yükləyən valideynlər tətbiqlərini uşaqlarınınkı ilə qarşılaşdıraraq bəzi xüsusiyyətlərə nəzarət edə biləcəklər.

 

Bu xüsusiyyətlərin arasında “məhdudlaşdırılmış rejim” ilə mesajlaşmanın tamamilə bağlanması da var.

 

Valideynlər tətbiqi uşaqların telefonundakı TikTok-la eyniləşdirməli və “rəqəmsal təhlükəsizlik” menyusuna girməlidirlər.

 

Bu prosesin ardınca telefonun ekranda göstərilən QR kodunu digər telefona skan etmək lazımdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox