Metrodakı sıxlığı aradan qaldırmaq üçün əlavə 9 stansiya inşa olunacaq – AÇIQLAMA
Son zamanlar Bakı metrosunda yaşanan qatar gecikməsi bu gün də təkrarlanıb.
Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov TED.az-a açıqlamasında bildirib ki, qatar gecikməsinin səbəbi iki metro xəttinin bir stansiyada (28 may metrostansiyası) birləşməsi və sərnişin sıxlığı yarandığı zaman 2 dəqiqəlik intervalı təmin etmək problemidir: “Qatarların sayı burda rol oynamır. Lazım olan intervalı təmin etmək üçün qatarların sayı kifayət qədərdir. Bu gün “Koroğlu”, “Nərimanov”, “Elmlər Akademiyası” stansiyasında 4-5 dəqiqəlik gecikmələr məhz sərnişin sıxlığı səbəbi ilə yaranıb”
B.Məmmədov qeyd edib ki, problemin kökündə xətlərin ayrı olmaması dayanır: “Bakının baş planının müzakirəsində bu məsələ də qabardılıb. Prioritet həll xətlərin ayrılmasına yönələn işlərdir. Hazırda isə stansiyalar yalnız 5 qatarı qəbul edə bilir. Bu səbəbdən qısamüddətli intervalı təmin etmək mümkün deyil”.
Bu yöndə gedən işlərə gəlincə isə birincisi, hər bir xətt üzrə müstəqil hərəkəti və normal qrafiklə intensivliyi təmin etmək üçün müvafiq şərtlər var: ““Yaşıl xətti ayırmaq üçün “Xətai” stansiyasından 4, “Dərnəgül”dən “Koroğlu”ya kimi 3 stansiya inşa olunmalıdır. Bu zaman qatar bir yoldan digər yola keçib əks istiqamətə qayıda biləcək ki, intensivlik təmin oluna bilsin. Bundan sonra artıq xətlərin ayrılmasına başlayıb “İçərişəhər”dən sonra bir və ya iki stansiya inşa olunmalıdır. Belə olduqada qırmızı və yaşıl xətdə ayrı-ayrı hərəkət təmin olunacaq. Bu zaman “Elmlər Akademiyasında” intervalı dəqiqə yarım, iki dəqiqə də etmək mümkün olacaq”.
“Bundan başqa, “Koroğlu” metrostansiyası istiqamətində Bakının ətraf qəsəbə və kəndlərindən gələn sərnişinlərin hərəkəti ayrılacaq. “28 may” stansiyasına gedən minəcək “Korğlu”ya, “Elmlər Akademiyası” stansiyasına gedən isə o biri istiqamətə yönələcək. Beləliklə, sərnişinlərin artması heç bir problemə səbəb olmayacaq ”, – deyə qurum sözçüsü əlavə edib.
Günel QURBANOVA
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











