AZ

Metrodakı sıxlığı aradan qaldırmaq üçün əlavə 9 stansiya inşa olunacaq – AÇIQLAMA

 

28178f43af151601402ad9d12db4ee3a.jpg
20.02.2020 11:58

Son zamanlar Bakı metrosunda  yaşanan qatar gecikməsi bu gün də təkrarlanıb.

 

Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov TED.az-a açıqlamasında bildirib ki, qatar gecikməsinin səbəbi iki metro xəttinin bir stansiyada (28 may metrostansiyası)  birləşməsi və sərnişin sıxlığı yarandığı zaman 2 dəqiqəlik intervalı təmin etmək problemidir:Qatarların sayı burda rol oynamır. Lazım olan intervalı təmin etmək üçün qatarların sayı kifayət qədərdir. Bu gün “Koroğlu”, “Nərimanov”, “Elmlər Akademiyası” stansiyasında 4-5 dəqiqəlik gecikmələr məhz sərnişin sıxlığı səbəbi ilə yaranıb

 

 

 

B.Məmmədov qeyd edib ki, problemin kökündə xətlərin ayrı olmaması dayanır: “Bakının baş planının müzakirəsində bu məsələ də qabardılıb. Prioritet həll xətlərin ayrılmasına yönələn işlərdir. Hazırda isə stansiyalar yalnız 5 qatarı qəbul edə bilir. Bu səbəbdən qısamüddətli intervalı təmin etmək mümkün deyil”.

 

Bu yöndə gedən işlərə gəlincə isə birincisi, hər bir xətt üzrə müstəqil hərəkəti və normal qrafiklə intensivliyi təmin etmək üçün müvafiq şərtlər var: Yaşıl xətti ayırmaq üçün “Xətai” stansiyasından 4, “Dərnəgül”dən “Koroğlu”ya kimi 3 stansiya inşa olunmalıdır. Bu zaman qatar bir yoldan digər yola keçib əks istiqamətə qayıda biləcək ki, intensivlik təmin oluna bilsin. Bundan sonra artıq xətlərin ayrılmasına başlayıb “İçərişəhər”dən sonra bir və ya iki stansiya inşa olunmalıdır. Belə olduqada qırmızı və yaşıl xətdə ayrı-ayrı hərəkət təmin olunacaq. Bu zaman “Elmlər Akademiyasında” intervalı dəqiqə yarım, iki dəqiqə də etmək mümkün olacaq”.

 

“Bundan başqa, “Koroğlu” metrostansiyası istiqamətində Bakının ətraf qəsəbə və kəndlərindən gələn sərnişinlərin hərəkəti ayrılacaq. “28 may” stansiyasına gedən minəcək “Korğlu”ya, “Elmlər Akademiyası” stansiyasına gedən isə o biri istiqamətə yönələcək. Beləliklə, sərnişinlərin artması heç bir problemə səbəb olmayacaq ”, – deyə qurum sözçüsü əlavə edib.

 

 

Günel QURBANOVA

 

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox