Saytlarda problem yaranmadan kibertəhlükəsizlik təmin edilməlidir – AÇIQLAMA
Müharibə şəraitində olan ölkəmiz virtual aləmdə də tez-tez hücumlara məruz qalır. Kiberhücumlar daha çox sayt və informasiya agentliklərinin Dağlıq Qarabağla bağlı dərc etdiyi xəbərlərlə bağlı olur.
Sayt və informasiya agentlikləri kibertəhlükəsizliyini necə təmin etməlidir?
“İctimaiyyətin elmi istiqamətdə fəaliyyət göstərən resurslarının qorunması ilə cert.az saytı məşğul olur. Digər sahələrin qorunması ilə məhz Elektron Təhlükəsizlik Xidmətinin saytı, yəni millicert.az saytı məşğul olur. Bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən resursdur”.
Bunu TED.az-a II Beynəlxalq Kibertəhlükəsizlik həftəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov bildirib.
Rəşad Əzizov qeyd edib ki, Elektron Təhlükəsizlik Xidməti ilə sıx əməkdaşlıq etmək lazımdır: “Əsas məsələ budur ki, saytlar problem yarandıqdan sonra yox, öncədən təhlükəsizliklərini təmin etsinlər. Hansısa resurs hücum altında qalıbsa, bu o deməkdir ki, dərhal digərləri də təhlükə altındadırlar. Burda birinci məqam həm informasiya mübadiləsinin aparılması, həm də bunun işıqlandırılması ilə bağlıdır. Çünki əsas məsələ məlumatlı olmaqdır. Məlumatlısansa, deməli, silahlanmısan. Bu prosesə belə yanaşmaq lazımdır”.
Rəşad Əzizov qeyd edib ki, infastruktur var və hər gün belə hücumlar baş verir: “Bəzi hallarda hücum o qədər güclü olur ki, ictimaiyyət bu barədə məlumatlı olur. Amma ictimaiyyətə heç çatmayan gündəlik insidentlər də baş verir. Kiberhücumların çoxu maliyyə xarakteri daşısa belə, biz çox vaxt onun müharibənin tərkib hissəsi olduğunu bilmirik. Çünki bizim bank sektorumuzda kritik infastrukturumuz var. Ona görə də bu kimi prosseslərə hazır olmaq üçün öncəliklə informasiya agentlikləri kibertəhlükəsizliyin nə olduğunu dərk etməlidir. Əsas məqsədimiz kibersənaye və ekosistemi formalaşdırmaqdır. Məhz bu kimi kibertəhlükəsizlik həftəsinin məqsədi ondan ibarətdir ki, bir həftə ərzində bütün ictimaiyyət ona diqqət yetirsin”.
Nuranə DAXİLQIZI
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












