AZ

Azərbaycanda vətəndaşların istifadəsində olan IT xidmətləri bir çox Avropa ölkəsindən daha üstündür – AÇIQLAMA

b50cdcae68b82bbb17d0fd37851bc3ee.jpg
22.02.2020 09:57

“Hazırda Azərbaycanda istehsal olunan texnologiyalar 20-dən artıq ölkəyə ixrac olunur. Bu siyahıya Afrika, Avropa, MDB, Orta Asiya və Cənubi Amerika ölkələri daxildir”.

 

Bunu TED.az-a açıqlamasında Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kərimov deyib.

 

Fərid Kərimov bildirib ki, bu istiqamət üzrə yaradılan Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu ölkənin ixrac potensialını artırmaq üçün real işlər görürür: “Əsas hədəflərimiz innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, beynəlxalq ixrac və rəqabət imkanlarının genişləndirilməsidir. Hazırda ölkəmizdə milyonlarla qiyməti olan IT şirkətlər yaradılıb. Bu şirkətlərə SİNAM, ULTRA, İdrak, GoldenPay və s. daxildir. Eyni zamanda, Azərbaycanda vətəndaşlar üçün yaradılan IT xidmətləri bir çox Avropa ölkəsindən daha üstündür. Məsələn, Orta Asiya ölkələri Azərbaycanda qurulan IT infrastruktur modelini öyrənməyə olduqca maraqlıdırlar”.

 

İcraçı direktor qeyd edib ki, sürətlə inkişaf edən texnologiya yenidən IT trendlərini nəzərdən keçirməyə sövq edir: “IT texnologiyaları sürətlə inkişaf edir. Ona görə bu sahə üzrə bazar trendləri yenidən nəzərdən keçirilməlidir. Fikrimcə, trendlərin araşdırılmasında, özəl sektor mühüm rol oynamalıdır. Onlar gələcəyin texnologiyalarını və bazarda yüksək gəlir gətirəcək texnologiyalar araşdırıb, ölkədə inkişafına və istehsalına nail olmalıdırlar”.

 

Zeynəb ƏKBƏR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox