Ötən il Azercell-in Mobil Göz klinikasında 901 nəfər pulsuz müayinə edilib
Azercell şirkəti ötən il abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edib.
Bu barədə TED.az-a şirkətdən məlumat verilib.
Bildirilib ki, bundan əlavə, geridə qoyduğumuz ildə nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı da tamamilə aradan qaldırılıb. Hazırda nömrələrin satışı mərkəzləşdirilmiş www.azercellim.com onlayn bazasının köməyilə həyata keçirilir.
Rəqəmliliyi, eyni zamanda, Korporativ Sosial Məsuliyyət strategiyasında əks etdirən Azercell təhsilin inkişafı, gənclərin inkişafı, uşaq hüquqlarının qorunması, sağlamlığın müdafiəsi, rəqəmsal savadlılığın artırılması, mədəni irsin qorunmasına töhfə verən təşəbbüslərini də davam etdirib.
Yay aylarını əhatə edən “Rəqəmsal dünya bölgələrdə” layihəsi çərçivəsində şirkət nümayəndələri düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsi də daxil olmaqla, həmçinin, uşaq evləri, internat məktəbləri, məcburi köçkün düşərgələrinin sakinləri və aztəminatlı ailələrə hədiyyələr payladılar, onlar üçün Azercell Mobil Diş və Mobil Göz klinakalarında pulsuz müayinələr təşkil etdilər.
Qeyd edək ki, 2011-ci ildən fəaliyyət göstərən Azercell-in Mobil Göz klinikasında da ötən il ərzində Bakı və bölgələrdən 901 nəfər pulsuz göz müayinəsindən keçib.
10 il ərzində kimsəsiz uşaqlara, sosial qayğıya ehtiyacı olan vətəndaşlara xidmət edən Mobil Diş Klinikasında isə son il ərzində 547 pulsuz diş müayinəsi və müalicəsi olub.
Qeyd edək ki, uşaqların və uşaq hüquqlarının müdafiəsi istiqamətində fəallığı ilə seçilən Azercell onların rəqamsal mühitdə qorunmasına xüsusi diqqət yetirir.
Ötən il ərzində şirkət “Rəqamsal vətəndaşlıq və internet təhlükəsizliyi” mövzusunda ölkənin müxtəlif bölgələrində uşaqlar, valideynlər və müəllimlər üçün xüsusi təlimlər təşkil edib.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












