2019-cu ildə Azercell-in Uşaq Qaynar Xətt Xidmətinə 3424 müraciət daxil olub
Ötən il Azercell Azərbaycanda ilk dəfə olaraq Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, internetdən təhlükəsiz istifadə mövzuları ətrafında təşkil olunan layihələrdə iştirak edib.
Bu barədə TED.az-a şirkətdən bildirilib.
Qeyd olunub ki, 2019-cu ildə 588 şagird, 76 valideyn, 78 müəllim bu təlimlərdən yararlanıb. Layihədə ümumilikdə 1250 şagird, 219 valideyn, 178 müəllim təlimlərdə iştirak edib.
Azercell-in himayəsi altında 2010-cu ildən etibarən fəaliyyət göstərən Uşaq Qaynar Xətt Xidmətinə ötən il 3424, 10 il ərzində isə 33 minə yaxın müraciət daxil olub.
Azercell-in dəstəyilə keçirilən 5-ci Uşaq Paralimpiya İdman Oyunlarında 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaq 7 idman növündə 19 medal uğrunda mübarizə apardı.
Güclü və işinə həvəsli insan kapitalına xüsusi önəm verən şirkət 2019-cu il ərzində əməkdaşlarının inkişafına 973 min ABŞ dollarından artıq vəsait xərcləyib.
Bundan əlavə, 2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin tələbə proqramlarından yararlanıb, Azercell Akademiyası tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyaları keçirilib.
Məlumatda vurğulanıb ki, şirkətin fərqli istiqamətlərdə innovativ fəaliyyəti həm yerli, həm də beynəlxalq qurumların diqqətinə səbəb olaraq 2019-cu ildə də Azercell-ə nüfuzlu mükafatlar qazandırıb. ABŞ-ın prestijli biznes mükafatı olan «Stevie» mobil operatoru “İlin Telekommunikasiya şirkəti” adına layiq görüb. Azercell-in yeni brend kimliyinin təqdim edilməsi isə ilin İnnovasiya tədbiri seçilib və şirkət Azərbaycan İnnovasiya Müküfatına layiq görülüb.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












