AZ

Türkiyənin milli elektrikli qatarı nə zaman xəttə çıxarılacaq? – Nazir AÇIQLADI

3e9ad5e20d83abd7f86a7ee40d93dd7c.jpg
21.02.2020 23:51

Türkiyənin milli elektrikli qatarının nə zaman xəttə çıxarılacağı məlum olub. 


TED.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, qatar mayın 29-da ilk səfərinə çıxacaq. 


Nazir qeyd edib ki, həmin gün xəttə üç qatar çıxarılacaq: "Hər şey yolunda getsə, sentyabrda elektrikli qatar vətəndaşların ixtiyarına veriləcək". 


Bu qatarların saatda 160 kilometr sürətlə hərəkət edə biləcəyini deyən M.Varank, növbəti addımın 200 km/s sürət həddini keçən sürət qatarlarının istismara verilməsidir.

 

O vurğulayıb ki, gələcək 15 ildə Türkiyənin dəmiryolu xətlərinə 15 milyard avro yatırım edəcəyini də diqqətə çatdırıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox