Startaplarınızın sürətli inkşafını necə təmin edə bilərsiniz?
Startapın sürətli inkşafını təmin etmək üçün startapçı təkcə öz gücünə etibar etmək məcburiyyətində deyil. Kömək üçün akseleratorlara da müraciət etmək olar. Akselerator, mentor və investisiyanın köməyi ilə startap satışlarını 100, hətta 1000 dəfə artırıla bilər.
Lakin akseleratorlara hər startapı daxil etmək olmur. Texnoloji və innovativ olmaq kifayət deyil, işləyəcəyiniz sahəni bilməli, akseleratorların soruşa biləcəyi bütün suallara cavab verməyə hazır olmalısınız.
TED.az İnnovasiyalar Agentliyinə istinadən məlumat verir ki, belə məqamlardan biri də rəqiblərlə bağlıdır. Onların gücünü heç vaxt aşağı qiymətləndirməyin. Əvvəlcə, bazarda mövcud olan bütün rəqiblərinizi müəyyən edin, araşdırın sonra isə onları özünüzlə müqayisə edin.
Akseleratorların bu suallarına cavab vermək həm onlarla görüşlərdə, həm də startapınızı inkişaf etdirməkdə yararlı olacaq.
1. Hansı rəqibinizdən daha çox qorxursunuz? Bu sualı özünüzdən soruşmaqla əsas və vacib rəqibinizi müəyyən edib onlara qalib gəlməyi qarşınıza hədəf qoyun. Əgər hazırda rəqibsiz olduğunuz qənaətinə gəldinizsə, ya gücünüzü səhv qiymətləndirərək şişirdirsiniz, ya da elə balaca bazar seçmisiz ki, orada güclü rəqib yarana bilməyib.
2. Əgər rəqibinizi müəyyən edə bildinizsə o zaman onları yaxşıca araşdırmağa başlayın. Bazarı qiymətləndirmək üçün hesabatlardakı abstrakt olan rəqəmlərə yox, rəqiblərinizin dövriyyəsinin həcminə baxın. Bildiyimiz kimi qida bazarı çox böyükdür. Fərz edək ki, dövriyyənin 90%-i 5 şirkətdə cəmləşib. Əgər həmin şirkətlərin bazar paylarını əllərindən almağa gücünüz çatmayacaqsa, bazarın ümumi həcmi sizə yalançı ümidlər verəcək. Reallıqda isə sizə qalan bazarın cəmi 1/10 hissəsidir.
3. Sizə müraciət etməzdən əvvəl istifadəçi (alıcı) nə qədər pul və vaxt itirib? İstifadəçi (alıcı) tərəfindən rəqiblərə sərf olunan pul və vaxt hədəf bazarında pulun olduğunun sübutudur. Əgər insanlar sizin rəqiblərinizə az resurs-dəqiqə və qəpiklərini sərf edirlərsə, nəyə görə sizə saat və manatlarını sərf etməlidirlər?! Sizin həlliniz nəticə etibarı ilə onların daha çox vaxta və daha çox pula qənaət etmələrinə xidmət etməlidir.
4.İnsanlarda müsbət təəssürat yaratmaq və onları heyran etmək üçün nə etmisiz? Əgər bazara heyranedici məhsul və ya təkliflə daxil ola bilmirsinizsə bundan sonra nə edə biləcəksiz? Heyrətləndirici planlarınız, addımlarınız varmı?! Əgər varsa cəsarətlə bazara qatılın və rəqiblərə daha güclü rəqib olun.
Startaplar bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









