AZ

Batareyaların ömrü uzadıldı – alimlər ultrasəsdən istifadə etdi

7780c75e68e753bdc09984c871ae3c04.jpg
22.02.2020 12:13

Yeni texnologiya batareyaların ömrünü uzada bilər.

 

TED.az xəbər verir ki, alimlər litium-metal elementlərindən istifadə edərək adi litium-ion batareyalarını əvəz etmək istəyirlər.

 

San Dieqoda yerləşən Kaliforniya Universitetinin bir qrup tədqiqatçıları dendritlərin meydana gəlməsinin qarşısını alan ultrasəs dalğalarını yayan cihaz hazırlayıblar. Cihazın ölçüsü insan dırnağından daha kiçikdir.

 

Keçirilən araşdırma nəticəsində məlum olub ki, litium-metal batareyaları bir neçə dəfə istifadə edildikdən sonra orijinal gücünün 82%-ni saxlaya bilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox