Peşəyönümü istiqamətində təbliğat və maarifləndirmə işləri aparılır
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşəyönümü üzrə təbliğat işlərinin aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi üçün müəllim və pedaqoji-mühəndis heyətindən ibarət təbliğat qrupları yaradılıb.
TED.az xəbər verir ki, təbliğat işinə məsul olan qruplar tərəfindən ümumtəhsil məktəblərində silsilə görüşlər təşkil edilir, peşəyönümü işinin optimal şəkildə təşkili məqsədilə təqdimatlar həyata keçirilir, bukletlər və digər əyani məlumat daşıyıcı sənədlər paylanılır.
Bu məqsədlə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri 183 və 284 nömrəli tam orta məktəblərdə peşəyönümü istiqamətində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirdə məktəbin rəhbər və müəllim heyəti, valideynlər və IX-XI sinif şagirdləri iştirak edib.
Görüşdə peşə təhsilinin vacibliyi, yeni istifadəyə verilmiş mərkəzin imkanları, işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən söz açılıb. Həmçinin mərkəzdə tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat verilib.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonda şagirdlərə sorğu vərəqələri paylanılıb və gələcəkdə üstünlük verəcəyi peşə ixtisasları barədə qeydlər aparılıb.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











