“Avstraliya əslində mövcud deyil!” – Bəzilərinin rədd etdiyi 5 elmi həqiqət
Hamı istədiyini düşünməkdə azaddır, amma Yerin kürə olmadığını iddia etmək və bu kimi qəribə fikirləri eşidəndə təəccüblənməmək mümkün deyil.
TED.az Türkiyə mətbuatına istinadən bir-birindən qəribə, bəzi insanların inanmadığı 5 elmi həqiqəti təqdim edir:
1. Dünya sini kimi düzdür
.jpg)
İnsanlığın Aya ayaq basmasından 51 il keçir. Çox qısa müddət sonra isə Mars da fəth ediləcək. Ancaq hələ də dünyada bərabər yaşadığımız bəzi adamların müəyyən tərəddüdləri var.
Kimiləri indinin özündə də doğru olmadığı isbat edilmiş teoremlər və xurafata inanır. Məsələn, Yerin sini kimi düz olması tezisi kimi...
İnanmaq çətindir, amma xeyli sayda insan yaşadığımız planetin kürə yox, düz olduğunu hesab edir. Üstəlik, NASA-nın bu fikri dəyişdirmək üçün peyklər və GPS vasitəsilə kosmosdan çəkdiyi şəkilləri yayımlamasına rəğmən...
2. Bədirlənmiş ay davranışa təsir edir və insanların ağlını başından alır

Az qala bütün xalqların folklorunda bədirlənmiş ayın insanların davranışlarına təsir etdiyinə dair inanclar var. Bəziləri hesab edirlər ki, ən qanlı cinayətlər ay bədirlənməsi zamanı işlənir. Çünki bədirlənmiş ay insanların ağlını başından alır.
Aparılan araşdırmalar bunun cinayətlər, yaxud intiharlarla hansısa əlaqəsinin olduğunu ortaya çıxara bilməyib.
Peyvəndlərə ehtiyac yoxdur

Bir müddət əvvəl aparılan araşdırma göstərir ki, Amerikada yetkin insanların 45 faizi peyvəndləri etibarlı hesab etmir.
Hazırda xeyli adam həm özlərinin, həm də uşaqlarının peyvənd olunmasını istəmir.
Dünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir ki, peyvənd tərəddüdü 2019-cu ildə qlobal sağlamlığa yönəlmiş ən böyük 10 təhdiddən biridir.
Forbes yazarlarından həkim Robert Pörl hesab edir ki, göy öskürək kimi, az qala bir əsrdir rast gəlinməyən xəstəliklərə yenidən təsadüf edilməyə başlanıb. Həkim bunun səbəbini peyvənd əleyhinə olanlarda görür.
Avstraliya əslində mövcud deyil və heç zaman olmayıb

İnanılmaz gələ bilər, amma dünyada Avstraliya adlı yerin mövcud olmadığını düşünənlər var. İnternetdəki bəzi forumlarda bu mövzuda açılmış xeyli başlıq var və istifadəçilər bir-birlərinin fikirlərini dəstəkləyərək Avstraliyanın əslində möcud olmadığını, məktəblərdə öyrədilən yalan olduğunu müdafiə edirlər.
Ohayo Dövlət Universitetinin saytında yer alan, tələbələrin qəribə inanc araşdırmalarını yazdıqları məqalədə də bu məsələyə toxunulub.
Məqalədə qeyd olunub ki, bəziləri Avstraliyanı əslində mövcud olmayan və əvvələr Böyük Britaniyanın məhkumları "Avstraliyaya sürgün etdik" yalanını söylərkən uydurduğu bir yer hesab edir. Fikir bu nöqtədə daha da ağlasığmazlaşır. Çünki inanca görə, Birləşmiş Krallıq bu məhkumları əslində edam etdiyi üçün "Avstraliyaya sürgün etmişik" yalanını uydurub.
Avstraliyanın, həqiqətən, mövcud olub-olmadığını bilet alıb gedib görmək mümkün olduğu halda belə bir inancın varlığı qəribə dilemmadır.
Qloabal istiləşmə şaiyədir

Bəziləri qlobal istiləşmənin olmadığını düşünürlər. İnsanların ətraf mühitə verdiyi zərərin qorxunc ölçüdə olduğuna və bunun təbiətə təsir etdiyinə inanmırlar.
İqlim dəyişikliyinin həqiqət olduğunu və antropogen səbəblərdən qaynaqlandığını sübut edən xeyli elmi əsas var. Qlobal istiləşmənin planetin hər nöqtəsinə təsir etdiyinə dair minlərlə fakt və elmi məqalə mövcuddur.
Cavid QƏDİR
TED + bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Tesla böyük bir şokla üzləşə bilər!
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Microsoft əl konsollarının performansını artırır!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Yeni Nissan Leaf istehsala başlayır!
Şok DDR5 RAM fırıldağı!
Google Gemini 3 Flash təqdim edildi!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

