AZ

Samsung-da MÜHÜM DƏYİŞİKLİK: Sabiq maliyyə naziri şirkəti idarə edəcək

5f83cea872198e1a9d27571286aa4d99.jpg
22.02.2020 21:46

Cənubi Koreyanın sabiq maliyyə naziri Park Jae-wan Samsung-un ötən il həbs edilən idarə heyəti sədrinin yerinə keçib. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Samsung-da 2016-cı ildən direktor vəzifəsində çalışıb. 65 yaşlı yeni sədrin firma və idarəçilik haqqında böyük təcrübəyə sahib olduğu söylənilir. 


Seul Milli Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Harvardda doktorantura oxuyan Park 2010-2011 illərdə Cənubi Koreyanın maliyyə naziri olub.


Məlumat üçün bildirək ki, idarə heyəti sədri Samsung-un gündəlik fəaliyyətindən məsul olmasa da, idarə heyətinin iclaslarına sədrlik edir və investisiya planlaması kimi vacib qərarları təsdiq edir. 


Qeyd edək ki, martın 18-də təşkil ediləcək səhmdarların ilik iclasında Samsung-un icraçı direktorları təyin olunacaq. 


Xatırladaq ki, Samsung-un bundan əvvəlik idarə heyətinin sədri Lee Sang-hoon ötən il həmkarlar ittifaqının fəaliyyətinə müdaxilə etdiyi üçün həbs edilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox