AZ

Daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb – FOTO

0930beedfb4d67dac9bcd97b42f046b6.jpeg
22.02.2020 23:57

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib. 


TED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.


Məlumatda vurğulanıb ki, işıqfor xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər.


Qeyd edək ki, bu kimi işıqforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Yolda piyada olmadığı halda işıqforun yalnız yaşıl işığı yanır. Bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.

TED + bölməsindən digər xəbərlər

Daha çox