AZ

“AgroHackathon 2020” müsabiqəsinin mükafat fondu müəyyən olundu

7d54a5a3c491701c6b24479b5de9e100.png
24.02.2020 16:10

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin, həmçinin Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə “AgroHackathon 2020” müsabiqəsi keçiriləcək.

 

TED.az xəbər verir ki, müsabiqənin texniki tərəfdaşı Microsoft şirkətidir.

 

Müsabiqədə ölkənin qabaqcıl ali təhsil müəssisələrini təmsil edən 15-dək komanda 2020 dəqiqə müddətində verilən texniki tapşırıq əsasında işləyərək öz güclərini sınayacaqlar.

 

“AgroHackathon 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar uyğun olaraq 6060, 4040, 2020 manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox