AZ

Bu quruma 300 mindən çox elektron müraciət daxil olub

90f88b4cb015617e1af5d166ba157842.jpg
26.02.2020 10:22

Ötən ayın yekunlarına əsasən Dövlət Gömrük Komitəsinə 385 924 elektron müraciət daxil olub.

 

TED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yanvar ayına həsr olunan hesabatında qeyd olunur.

 

Müraciətlərin 139 218-i fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük-keçid məntəqələrində keçirilən mal və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə sadələşdirilmiş elektron bəyannamələrdir.

 

12 795-i xarici ticarət iştirakçılarının həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatların verilməsi, 94-ü e-Gömrük Ekspertizası, 4 341-i e-GÖÖEN (Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması) ilə bağlı olub.

 

Eləcə də, 193 769 müraciət gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi, 213-ü vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciətçilər tərəfindən onlayn izlənməsi, 35 494-ü isə gömrük rəsmiləşdirilməsi başa çatmış elektron gömrük bəyannamələri ilə bağlıdır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox