AZ

Nar-ın 4G abunəçilərinin sayı 1 milyonu ötüb

325b4e273010556feed7241c11992a25.jpg
26.02.2020 11:53

“Nar” mobil operator şirkətinin 4/4.5G şəbəkəsinə qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb.

 

TED.az xəbər verir ki, bu haqda “Nar” mobil operator şirkətindən məlumat yayılıb. Məlumata görə, son bir ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A texnologiyalı baza stansiyaları sayəsində “Nar”ın ümumilikdə 4G istifadəçilərinin sayı iki dəfə artıb.

 

“Ötən illə müqayisədə müxtəlif bölgələr üzrə 4G istifadəçilərinin sayında 101 faiz artım qeydə alınıb. 4G şəbəkəsinə qoşulan 1 milyonuncu istifadəçi də məhz region sakini - Oğuz rayonundan Müşviq Babayev olub. “Nar”ın baş icraçı direktoru Qunnar Panke tərəfindən “Nar”ın baş ofisində qarşılanan 1 milyonuncu 4G istifadəçisinə ən son model dəyərli smartfon hədiyyə edilib”,  – deyə şirkətin məlumatında deyilir.

 

Şirkətdən qeyd olunub ki, “Nar”ın 4G abunəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. “Nar” artıq 54 bölgə mərkəzini 4G şəbəkəsi ilə təmin edib ki, bu da coğrafi ərazi əhatəsini 76 faizə qaldırıb. Hazırda “Nar”ın 4G şəbəkəsi ölkə əhalisinin 93,2 faizini əhatə edir.

 

Zeynəb ƏKBƏR

TED + bölməsindən digər xəbərlər

Daha çox