AZ

Telefonlarımızı bu antivirus proqramları ilə daha yaxşı qoruya bilərik – EKSPERT

4963b2a8e970f692f12d107fa2298be8.jpg
26.02.2020 12:58

Bəzən birilə eyni vaxtda telefon alırıq. Amma bizim cihazımızın digər şəxsin telefonu ilə müqayisədə daha tez zəiflədiyinin, donduğunun şahidi oluruq. Mütəxəssislər bunu telefondan yanlış istifadə ilə əlaqələndirirlər.

 

Telefonları donduran vasitə birinci növbədə viruslardır. Bildiyimiz kimi, viruslar telefona daha çox feyk saytlar və zərərli tətbiqlər vasitsilə düşür. İstəmədən daxil olduğumuz sayt və ya reklamlar telefonlara zərər verir və problem həll edilməsə, onu yararsız hala gətirir.

 

 

Maraqlıdır, bunun həlli yolları varmı?

 

Ekspert Samir Həsənov TED.az-a birinci növbədə Apple Store və Google Play Store-a yerləşdirilən viruslu tətbiqlərin telefona zərər verdiyini bildirib: “Play Store-larda proqram yerləşdirmək sadəcə 25 dollar civarındadır. Buna görə də zərərli proqramları sözügedən mobil mağazalara asanlıqla yerləşdirirlər və çox vaxt onlar yoxlanılmır. İstifadəçilər onu telefonlara yüklədikdən sonra həmin tətbiqlər cihaza zərər verməyə başlayır. Hətta elə tətbiqlər var ki, özünü admin səviyyəsinə qədər qaldırır. Bununla da, o, telefon zəngləri, mesajlar, şəkil və videolara nəzarət edə bilir. Həmin tətbiqlər özünə lazım olan məlumatları, bank kartlarındakı məvacibləri oğurlaya bilir. Məhz telefonları belə zərərli tətbiqlərdən qorumaq üçün antivirus proqramları yükləmək lazımdır”.

 

 

Ekspert simMarket və Kaspersky antivirus proqramlarının daha keyfiyyətli olduğunu vurğulayıb: “Telefona tətbiq yükləyəndə adını çəkdiyim antiviruslarla onları yoxlamaq lazımdır. Bundan əlavə, telefona virus SMS və elektron poçtla göndərilən linklər, çat proqramları vasitəsilə də düşə bilər. Tanınmayan şəxslər tərəfindən gələn linkləri yükləməklə telefona zərər vermiş olarsınız. Qeyd edim ki, oyunlarda verilən reklamlara daxil olmaqla da telefona virus düşə bilər. Proqramları yükləyəndə hansı hüquqları olduğuna diqqət yetirmək lazımdır. Belə bir hadisə mənim də başıma gəlib. Bir proqram yükləyəndə məndən admin hüququ tələb etdi və onun virus olduğunu anladım”.

 

Nuranə DAXİLQIZI 

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox