Ani ödəniş sistemi Azərbaycanda nə kimi yeniliyə səbəb olacaq? – AÇIQLAMA
““2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi kimi bir sıra prioritet hədəflər müəyyən edilmişdir. Bu prioritet hədəflərin icrası çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 24/7/365 rejimli ani ödəniş sisteminin istismara verilməsi, məsafədən bank hesablarının açılması təcrübəsinin tətbiqi, QR-kod əsaslı ödənişlərin aparılması, təsərrüfat subyektlərində ənənəvi qaydada istifadə edilən POS-terminallarla yanaşı, mobil telefonlardan ödəniş terminalı olaraq istifadə edilməsi (mPOS), elektron pulun ödəniş aləti olaraq tətbiqi və digər layihələrin icrası nəzərdə tutulub”.
Bunu TED.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun üzvü Tamerlan Rüstəmov deyib.
Tamerlan Rüstəmov bildirib ki, ani ödəniş sisteminin istismara verilməsi ilə ölkədəki bir sıra infrastruktur sistemə inteqrasiya olunacaq: “Bunlara ödəniş sistemləri və kart infrastrukturu, banklar və ödəniş xidməti təchizatçılarının daxili sistemləri, əhali ilə kütləvi hesablaşmaların nəzərdə tutulduğu alış-veriş məkanlarında quraşdırılmış kassa aparatları, idarəedici operatorlar və digər kütləvi ödənişlərin qəbul olunduğu subyektlər daxildir. Qabaqcıl maliyyə bazarlarına malik ölkələrdə artıq istismara veirlən bu ödəniş sistemi fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında rəqəmsal ödəniş əməliyyatlarının 24/7/365 rejimində aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcək”.
Zeynəb ƏKBƏR
QARABAĞ bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










