Azərbaycanda e-ticarətin həcminin artmasını nələr ləngidir? – EKSPERT
Dünya iqtisadiyyatının əsas inkişaf göstəricilərindən biri də e-ticarət həcminin artmasıdır. Onlayn ticarət bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da tətbiq olunur. Lakin insanların əksəriyyəti ticari əməliyyatlarında nağd ödənişlərə üstünlük verirlər. Bu isə özlüyündə e-ticarət dövriyyəsinin ənənəvi ticarət dövriyyəsindən aşağı düşməsinə səbəb olur və onlayn alış-verişin inkişafını gecikdirir.
Bəs Azərbaycanda onlayn ticarətin inkişafını nə ləngidir?
Bununla bağlı TED.az-a danışan iqtisadçı eskpert Vüsalə Əhmədova bildirib ki, ölkəmizdə bank kartlarının illik qiymətinin yüksək olması e-ticarət həcmini azaldır: “Kartların qiyməti növündən asılı olaraq 8 manat ilə 650 manat arasında dəyişir. Ölkəmizdə hazırda istifadədə olan ödəniş kartlarının cəmi sayı 5 milyon 558 min ədəd təşkil edir ki, onların da 2 milyon 545 min ədədi sosial, 1 milyon 702 min ədədi əmək haqqı, 745 min ədədi isə digər kartlardır”.
V.Əhmədova qeyd edir ki, əmək haqları və təqaüdlər plastik kartlarla verilir, lakin vətəndaşların böyük əksəriyyəti bu kartlardan yalnız nağd pulun çıxarılmasında istifadə edir: “Müqayisə üçün bildirim ki, Türkiyədə istifadədə olan bank kartlarının sayı 131 milyon 600 min ədəddən çoxdur. Bu ölkədə nağd ödənişdən demək olar ki, çox cüzi istifadə edirlər. İnternet vasitəsilə kartlı ödəmələr ildən ilə artmaqdadır. Hər 5 kredit kartından 2-si internet alış-verişində istifadə olunur. Ölkəmizdə tətbiq edilən komissiya haqlarının da yüksək olduğunu bildirmək istərdim. Bankların həm öz ATM-lərindən, həm də digər ATM-lərdən nağdlaşdırma zamanı tətbiq etdikləri komissiyalar, “Azericard” şəbəkəsinə daxil olan rezident bankların ATM və Pos-terminallarından tutulan komissiya haqları, “Azericard” şəbəkəsinə daxil olmayan rezident və digər qeyri-rezident bankların ATM və Pos-terminallarından tutulan komissiya haqları kifayət qədər yüksəkdir. Bundan əlavə, “Azericard” şəbəkəsinə daxil olan bankların bankomatlarında Cash by Code, o cümlədən Overdraft üzrə illik faiz dərəcələri də yüksəkdir”.
Ekspert əlavə edib ki, dəfələrlə KİV-də “e-ticarət ƏDV-dən azad edilsin” kimi çağırışlar olub: “Xatırladım ki, 2016-cı ildə Azərbaycan hökuməti internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18%-lik ƏDV tətbiq etdi. Bu sahənin inkişafı ilə bağlı ölkəmizdə “Elektron ticarət haqqında” qanun da qəbul edilib. Qanun elektron ticarət qaydalarından tutmuş, işlərin və xidmətlərin təqdim edilməsi, elektron ticarətin iştirakçısı olan satıcı və alıcıya dair tələbləri müəyyən edən normalaradək özündə ehtiva edir. Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəalar əlavə edildi. Qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə elektron ticarət qaydasında göstərilən xidmətlərdən, ödəməni həyata keçirən bank tərəfindən ƏDV hesablanır və alıcının vəsaiti hesabına tutulmaqla dövlət büdcəsinə ödənilir. İnternet şəbəkəsi vasitəsilə elektron kitabların, audio-vizual materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi də qeyri-rezidentin göstərdiyi iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir”.
Zeynəb ƏKBƏR
QARABAĞ bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









