Etibar Əliyev: Universitetlərin dünyanın inkişaf etmiş ali təhsil müəssisələrindəki kitabxanalara onlayn çıxışı olmalıdır
“Ali təhsil müəssisələri kitabxanalarını təkmilləşdirməlidirlər. Kitabxana təkmilləşmədən İKT resurslarından danışmağa dəyməz”.
Bu sözləri TED.az-a açıqlamasında təhsil eksperti, millət vəkili Etibar Əliyev deyib. O, İKT imkanları hesabına ali təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini təkmilləşdirmə yollarından danışarkən bildirib ki, bu, birbaşa kitab fondundan asılıdır: “Universitetlərin kitabxana fondu çox yüksək səviyyədə olmalıdır ki, İKT imkanları da yarana bilsin. Universitet kitabxanası məhduddursa, İKT resurslarından istifadə də mümkün olmayacaq. Ali təhsil müəssisələrinin kitabxanaları təkmilləşmədən İKT resusrlarından danışmağa dəyməz”.
Millət vəkili hesab edir ki, Universitetlərin dünyanın inkişaf etmiş ali təhsil müəssisələrindəki kitabxanalara onlayn çıxışı olmalıdır: “Universitetlərdə bütün ixtisaslar üzrə müxtəlif dillərdə ədəbiyyatlar toplanmalıdır. İnternet cəmiyyətində yaşayırıq. Bu cəmiyyətdə istənilən universitetin dünyanın inkişaf etmiş ali təhsil müəssisələrindəki kitabxanalara onlayn çıxışı olmalıdır. Xarici universitetlərin fondlarına da istinad edə bilərlər. Yetər ki, kitab resursu toplansın. Maddi-texniki baza baxamından da universitet kitabxanaları böyüməlidi. Hər ali təhsil müəssisəsi ən yeni ədəbiyyatları kitabxanasına cəlb etməyə çalışmalıdır”.
Onlayın əlçatanlığa diqqət çəkən E.Əliyev hesab edir ki, geniş kitabxana resursları da mütəmadi olaraq bazanı zənginləşdirməlidir: “Hazırda UNEC-də böyük bir kitabxana yaradılıb, internet resurslara çıxışla təmin olunub. Geniş kitabxana resursları da fondlarını mütəmadi yeniləməlidirlər. Yeni çap olunan ədəbiyyatların onlayn versiyalarını tələbələri üçün əlçatan etməlidirlər”.
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











